Bakıda ekskluziv olaraq “Sculpting” masaj yalnız Vip Style estetik klinikasında
Bu gün müxtəlif növ masajlar, o cümlədən də üz üçün skulpting masajı, qocalma proseslərinin qarşısının alınması və dərinin cavan saxlanılması üçün ən fizioloji və təhlükəsiz prosedurlardan biridir. Skulpting masajı başqa masajlardan fərqli olaraq yüksək intensivliyi ilə fərqlənir. Bu növ masajın əsas xüsusiyyəti dəri və dərialtı piy toxumasına deyil, birbaşa üz əzələlərinə təsir göstərməsidir. Bunun nəticəsi olaraq üz dərisi dartılır, dodaq burun ətrafı qırışların dərinliyi nəzərə çarpacaq dərəcədə azalır. Skulpting massajında olan linfodrenaj fəaliyyət qan dövranının durğunluğu nəticəsində yaranan göz ətrafı torbaların, üzdə olan şişkinliyin aradan qaldırılmasına imkan yaradır. Skulpting masajının müddəti 30 dəqiqə davam edir. Skulpting prosedurunu il ərzində 1-2 kurs olaraq qəbul etmek məsləhət görülür, hər kurs 10-15 prosedurdan ibarətdir. Adi masajdan fərqli olararaq Skulpting masajı daha sürətli şəkildə həyata keçirilir və bilavasitə olaraq əzələlərin işlək fəaliyyətinə yönəldilir.

Ünvan: Koroğlu Rəhimov küç, 47.
Tel: (+99412) 555 55 34.
Mob: (+99455) 202 41 48.