Led maska- üz dərimizin cavan və parlaq görünməsi üçün tədbiq olunan bir anti-aging prosedurudur. Adının tərcüməsi işıq yayan diod deməkdir(Lighting Eiting Diode) Heç bir radiasiyon təsiri olmayan bir işləmdir. Nə zaman tətbiq olunur:
– akne və səpgilərdə;
– hüceyrə yenilənməsində;
– ödəm və şişkinliyin aradan götürülməsində;
– mikrosirkulyasiyanın yaxşılaşdırılmasında.

Problemə uyğun olaraq rənglər ayrı ayrılıqda tətbiq olunur. Yaşıl işıq- dərini sakitləşdirir və melanin sintezini tənzimləyir. Bu səbəbdən də epidermal piqment ləkələrinin müalicəsində istifadə olunur.

Mavi işıq – Çox həssas və quru dərilər üçündür. Dərini yumşaldır, sakitləşdirir və vaxtından əvvəl qocalmanı ləngidir. Kollagen sintesini aktivləşdirir.
Qırmızı işıq – ən aktiv rənglərdən sayılaraq dəri metobalizmini gücləndirir, akne müalicəsində və məsamələrin yığılmasında tətbiq olunur.
Sarı işıq – dəridə detoks məqsədilə və qan dövranın aktivləşdirilməsi üçün tətbiq olunur.
Ağ işıq – dəridə toksinlərin və zərərli maddələrin cıxarılmasına aktiv təsir edərək bir sıra müalicəvi- kosmetik prosedurların effektini artırır.
Bənövşəyi işıq – dəri tonsunu artırır, məsamələrin yığılmasına təsir edərək səpgilərin əmələ gəlməsində profilaktik rol oynayır.
Göy işıq – antibakterial təsir göstərərək səpgilərin müalicəsində ən güclü rənglərdən biridir.

Ünvan: Koroğlu Rəhimov küç, 47.
Tel: (+994 12) 555 55 34
Mob: (+994 55) 202 41 48.