Elektroporasiya (iynəsiz mezoterapiya) – Mezoterapiya üçün hal-hazırda bir çox preparatlar mövcuddur. Lakin işin ən vacib tərəfi odur ki, vitaminlər, mikro elementlər, hialuron turşusu dermanın dərin qatlarına yeridilsin. Buna iynəli mezoterapiya metodlada nail olmaq olur. Amma bu çox ağrılı və fəsadlı prosedurdur. Hal- hazırda klinikamızda elektroporasiya aparatı ilə – iynəsiz mezoterapiya prosedurunu hec bir fəsad olmadan həyata keçirdirik. Elektroporasiya vasitəsilə dəri üçün zəruri olan aktiv maddələr dermonun daha dərin qatlarına yeridilir. Mezoterapiyada istifadə olunan kokteyllər dəri probleminə görə seçilir.
İynəsiz mezoterapiyada əldə olunan nəticələr:
– dərinin daha dərin qatlarına qidalandırıcı elementlərin yeridilməsi;
– xırda kapilyar divarlarının möhkəmləndirilməsi;
– qırışların açılması;
– dərinin nəmlənməsi;
– üzdə olan ləkələrin solması;
Ünvan: Koroğlu Rəhimov küç, 47. (M. Gənclik, Abu arenanın yanı)
Tel: (+99412) 555 55 34.
Mob: (+99455) 202 41 48.