Almaz pilinqi dərinin regenerasiyasını və köhnə hüceyrələrin aradan qaldırılmasının ən ağrısız və effektiv üsullarından biridir.
Bu metodika istənilən tipli dəri üçün hər bir yaş dövründə tətbiq oluna bilər.
Almaz pilinqinin bir sıra istifadə sahələri mövcuddur. Ondan dərinin qocalmasına qarşı mübarizədə, hiperkeratoz, hiperpiqmentasiya və əks istiqamətli tüklərin aradan qaldırılması zamanı istifadə olunur.
Almaz pilinqi sayəsində dəridə yaranan səpgilər, piy vəzilərinin funksiyasının pozulması kimi dəri problemlərdən qurtula bilərsiniz. Almaz pilinqi mikrotəsir sayəsində gözəllik və gənclik üçün dəriyə zəruri olan kollagen, aktiv qialuron turşusu və elastin kimi maddələrin hasilatını aktivləşdirir. Mikrodermabraziya prosesi nəticəsində elastik və yumşaq dəriyə sahib olacaqsınız.
.

Ünvan: Koroğlu Rəhimov 47 (Abu arenanın yaxınlığı).
Tel: (+99412) 555 55 34
Mob: (+99455)665 55 34