Daim gözəl qalmaq istəyən xanımların diqqətinə!

Vip Style Estetik Klinikası Sizləri dünya üzrə məhşur olan iynəsiz və ağrısız Aparat kosmetologiyasına dəvət edir. Bizim klinikada yararlana biləcəyiniz üz prosedurları bunlardır:

İynəsiz mezoterapiya – Bu üsul ilə nəinki təkcə qırışların açılması, hətta bütün dəri problemlərinin həlli mümkündür. Üzdəki məsamələrin bağlanması, kapilyarların yox olması, ləkələrin açılması, üzün hamar, nəmli olması və ümumiyyətlə dərini normal vəziyyətə gətirmək iynəsiz mezoterapiya vasitəsilə mümkündür.

İynəsiz mezoterapiyanın əsas 5 üstün cəhəti var. Bunlar aşağıdakılardır:

– ağrısız proses;

– dərinin daha dərin qatlarına qidalandırıcı elementlərin yeridilməsi;

– daha yaxşı və tez effekt əldə etmək;

– ilin 4 fəslində də həyata keçirilə bilər;

– göyərmə, travmalar və s. kimi fəsadların olmaması.

Mezoterapiya üçün hal-hazırda minlərlə inyeksiyalar mövcuddur. Lakin işin vacib tərəfi odur ki, vitaminlər, mikro və makro elementlər üzün ən dərin hissəsinə yeridilsin. Əvvəllər iynələr vasitəsi ilə və çətinliklə buna nail olunurdu və bu proses ağrılı həyata keçirdi. Hər nə qədər ağrıkəsicilərdən istifadə olunurdusa, sonda göyərmə kimi fəsadlar ortaya çıxırdı. Hal- hazırda xüsusi aparat ilə biz bunu iynəsiz, ağrısız və heç bir fəsad olmadan edirik. Həmçinin iynəli mezoterapiya yalnız  soyuq aylarda edilə bilirdisə, biz bu aparatla ilin 4 fəsli rahatlıqla proseduru həyata keçirə bilirik.

Radiodalğalı liftinq proseduru (üzün əməliyyatsız dartılması) – qol, qarın, sinə, yan və dekolte nahiyələrində dərinin bərpa olunmasına kömək edir. Həmçinin, artıq piy qatları və selülitdən effektiv azad olmaq üçün əvəzsiz üsuludur. Siz bu prosedur vasitəsi ilə dərinizin elastikliyini artıracaq, üz sallanmaları və dərin qırışlardan azad olacaqsınız.

Plastik əməliyyatlardan sonra ən güclü köməkçi prosedur kimi tanınan RF-Liftinq cavanlaşdırıcı effekti ilə məşhurdur.

Metodun tətbiq dairəsi :

– göz ətrafı və burun-dodaq qırışlarının azaldılması;

– alında olan dərin qırışların aradan qaldırılması;

– dəri elastikliyini itirən zaman;

– ağır yaralardan sonra qalan izlərin aradan qaldırılması;

– qol, qarın, sinə, yan və dekolte nahiyələrində dərinin dartıması;

– problemli sahələrdə yağlardan azad olma;

– selülitə qarşı;

– dartılma zamanı.

Maye-qaz pilinqi – Dəriniz və gözəlliyiniz üçün vacib olan iki komponenti – oksigen və suyu özündə birləşdirən möcüzəvi maye-qaz pilinqi Jet Peel aparatında həyata keçirilir. Oksigenli pilinq qısa zaman kəsiyində dərinin itirilmiş təravətini, gözəl və xoş rəngini özünə qaytaracaq, parlaqlıq bəxş edəcəkdir. Jet Peel aparatı ilə dərinin pilinqi, aktiv limfodrenaj, nəmlənmə və liftinq prosedurları gerçəkləşdirilir.

– dəri relyefini düzətdir;

– dərinin tonusunu qaldırır;

– geniş məsamələri daraldır;

– piqment ləkələrin rəngini soldurur.
Ünvan : Bakı şəhəri, Koroğlu Rəhimov küç. 47
Əlaqə : (012) 465 33 83

samsun escort