Vip Style Estetik Klinikasında ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsi həyata keçirilir
Təəssüf ki, qocalma prosesi qaçınılmaz olsa da, hər kəs daima gözəl və cavan qalmaq istəyir. Bəzən yaşlı görünmə səbəblərini doğru təyin edə bilməməyimiz normaldır. Bunun üçün həkimin məsləhəti və aparatla müalicə vacibdir. Apparat kosmetologiyası xüsusi texnikanın köməyi ilə ixtisaslı dermatokosmetologlar tərəfindən həyata keçirilən cavanlaşdırıcı və terapevtik prosedurlardır. Əslində apparat kosmetologiyası uzun illərdir istifadə olunan apparat fizioterapiyasına çox yaxındır.
Kosmetologiyanın bu sahəsi daima inkişaf edir. Hər il daha effektiv və təhlükəsiz texnologiyalar və apparatlar yaranır.
Vip Style Estetik Klinikası Sizləri məhz dünya üzrə məhşur olan iynəsiz və ağrısız Aparat kosmetologiyasına dəvət edir. Bizim klinikada yararlana biləcəyiniz üz prosedurlar:
“Maye qaz” pilinqi sıxlaşdırılmış qazın və mayenin (azonlaşdırılmış su, vitaminləşdirilmiş müalicəvi məhlul) təsirilə aparılmış prosedurdur. Bu prosedur İsrail alimlərinin ən yeni kəşflərindən biridir. Dərininizin sağlam və parlaq görünməsini təmin etmək məqsədi ilə. Prosedur zamanı azonlaşdırılmış su dərinin qan dövranı artırır, epidermisin ölmüş hüceyrələrinin aradan qaldırırılmasına köməklik göstərir. Maye damcılarının və hava axınının yüksək sürəti nəticəsində işləyən aparat 4-ü 1-də effekti yaradır:
– Pilinq və dərinin nəmlənməsi;
– Dəri və çapıxların hamarlanması;
– Cavanlaşma- piqment ləkərənin rənginin solmasi
– Xırda qırışların açılması.
Led maska- üz dərimizin cavan və parlaq görünməsi üçün tədbiq olunan bir anti-aging prosedurudur. Adının tərcüməsi işıq yayan diod deməkdir(Lighting Eiting Diode) Heç bir radiasiyon təsiri olmayan bir işləmdir. Nə zaman tətbiq olunur:
– akne və səpgilərdə;
– hüceyrə yenilənməsində;
– ödəm və şişkinliyin aradan götürülməsində;
– mikrosirkulyasiyanın yaxşılaşdırılmasında.
Problemə uyğun olaraq rənglər ayrı ayrılıqda tətbiq olunur. Yaşıl işıq- dərini sakitləşdirir və melanin sintezini tənzimləyir. Bu səbəbdən də epidermal piqment ləkələrinin müalicəsində istifadə olunur.
Mavi işıq – Çox həssas və quru dərilər üçündür. Dərini yumşaldır, sakitləşdirir və vaxtından əvvəl qocalmanı ləngidir. Kollagen sintesini aktivləşdirir.
Qırmızı işıq – ən aktiv rənglərdən sayılaraq dəri metobalizmini gücləndirir, akne müalicəsində və məsamələrin yığılmasında tətbiq olunur.
Sarı işıq – dəridə detoks məqsədilə və qan dövranın aktivləşdirilməsi üçün tətbiq olunur.
Ağ işıq – dəridə toksinlərin və zərərli maddələrin cıxarılmasına aktiv təsir edərək bir sıra müalicəvi- kosmetik prosedurların effektini artırır.
Bənövşəyi işıq – dəri tonsunu artırır, məsamələrin yığılmasına təsir edərək səpgilərin əmələ gəlməsində profilaktik rol oynayır.
Göy işıq – antibakterial təsir göstərərək səpgilərin müalicəsində ən güclü rənglərdən biridir.
Üz masajı- sizi dərinizdə olan bir çox çatışmamazlıqlardan və cild problemlərindən qurtulmağa kömək edəcək, qırış əleyhinə olan mükəmməl prosedurdur. Prosedur zamanı üz dərisi dartılır, dodaq burun ətrafı qırışların dərinliyi nəzərə çarpacaq dərəcədə azalır, göz alti torbaların aradan qaldırılmasına komək olur, cildin tonunu və elastikliyini artırır. Vip Style Estetik klinikasının mütəxəssisləri sizə üz və boyun üçün muxtelif masaj novləri təklif edir. 
Elektroporasiya (iynəsiz mezoterapiya) – Mezoterapiya üçün hal-hazırda bir çox preparatlar mövcuddur. Lakin işin ən vacib tərəfi odur ki, vitaminlər, mikro elementlər, hialuron turşusu dermanın dərin qatlarına yeridilsin. Buna iynəli mezoterapiya metodlada nail olmaq olur. Amma bu çox ağrılı və fəsadlı prosedurdur. Hal- hazırda klinikamızda elektroporasiya aparatı ilə – iynəsiz mezoterapiya prosedurunu hec bir fəsad olmadan həyata keçirdirik. Elektroporasiya vasitəsilə dəri üçün zəruri olan aktiv maddələr dermonun daha dərin qatlarına yeridilir. Mezoterapiyada istifadə olunan kokteyllər dəri probleminə görə seçilir. İynəsiz mezoterapiyada əldə olunan nəticələr:
– dərinin daha dərin qatlarına qidalandırıcı elementlərin yeridilməsi;
– xırda kapilyar divarlarının möhkəmləndirilməsi;
– qırışların açılması;
– dərinin nəmlənməsi;
– üzdə olan ləkələrin solması;
– göyərmə, travmalar və s. kimi fəsadların olmaması;
– ağrısız proses.
RF-liftinq – monopolyar, bipolyar, tripolyar – dərinin cavanlaşması üçün ən müasir prosedurlardan biridir. RF (radiofrekans) abriviaturası radiodalğa tezliyi kimi tərcümə olunurki bununda sayəsində dəridə dartılma və cavanlaşma həyata keçirilir. Bu prosedurda dərinin derma qatının stimullaşması nəticəsində neokollaqenaz prosesi (yeni kollagen liflərinin əmələ gəlməsi) baş verir.
Radiodalğalı liftinq proseduru – üz, dekolte, qol, qarın, yan nahiyyələrində dərinin bərpa olunmasına, dartılmasına kömək edir. RF impulsları dərinin derma qatını 65 dərəcəyədək qızdıraraq dəridə kollagen, elastin liflərini möhkəmləndirir. Bu proseslər dərinin cavanlaşmasına gətirib çıxardır.
“Bio Oxigen” – terapiyası Bu prosedur  zamanı cox böyük təzyiq altında təmiz oksigen axını dəriyə təsir göstərir. Bio oksigen prosedur zamanı epidermisin hüceyrələri oksigeni bilavasitə havadan alır, havada 16-20%-a qədər oksigen olur. Havada oksigenin təzyigi və konsentrasiyası 98%-a gədər artdığda epidermis hüceyrələrində oksigen mübadiləsi sürətlənir. Hüceyrə membranının keçiriçilik qabilliyətı artır, kosmetik vasitələrin tərkibində olan aktiv maddələr hüceyrələr tərəfindən asanlıqla sorulur, dəri regenerasiyası güclənir.
Bütün yaş qrupları üçün uyğundur;
Həm qadınlar, həm də kişilər üçündür;
Bütün dəri tipləri üçün uyğundur (Normal, yağlı, quru, yorğun dəri, stress almış dəri).
Gözəllik, gənclik və cazibədarlıq ünvanı: VIP Style Estetik klinikası.
Ünvan: Koroğlu Rəhimov küç, 47.
Tel: (+994 12) 555 55 34
Mob: (+994 55) 202 41 48.
Write a comment:

*

Your email address will not be published.