Hər bir kəs üz dərisini cavan və sağlam görmək istəyir. Amma bəzən dəridə yaranan problemlər hər birimizə kompleks yaradır. Xanımlar gözəl görünmək üçün tez-tez həkim-kosmetoloqa müraciət edirlər. 

Bu klinikalardan ən məşhuru sözsüz ki, VIP STYLE Estetik Klinikasıdır. Elə məhz bu səbəbdən klinikanın baş həkimi, kosmetoloq-dermotoloq Samirə Məcidova ilə söhbətləşmək qərarına gəldik.

Samirə Məcidovanın “Ölkə.az”  informasiya portalına verdiyi müsahibəni sizlərə təqdim edirik:

– Sizcə, təcrübəli kosmetoloq necə olmalıdır?

– Dəri-daxili orqanlarımızın güzgüsüdür. Məncə təcrübəli kosmetoloq xəstənin dəri problemini gördükcə onun daxili və xarici səbəbləri haqqında müəyyən qədər təsəvvürü olmalıdır.

–  Kosmetoloq-dermotoloq mütəxəssis olaraq necə düşünürsünüz,  xanımlarımız neçə yaşa kimi cavan hesab olunur?

– Hər yaşın öz gözəlliyi var, ancaq qadın yaşının çoxluğunu bəhanə edib, baxımsız qalmamalıdır. Hər yaşda cavan qalmağı bacarmalıyıq.Yaşına baxmayaraq, baxımlı olan qadın hər zaman cavan qalacaq deməkdir. Onu da qeyd edim ki, əsas insanın daxilindəki ruhu cavan olsun, ruhu qocalmış insan elə cisməndə qoca görünür.

–  Üzə qulluq neçə yaşından başlamalıdır?

– Oxucularımız daha çox yararlı olsun deyə bu mövzu haqqında bir az geniş danışmaq istəyirəm.

Dərini təmizləmək, tonuslandırmaq və nəmləndirilmək yetərlidir. Bu yaşa qədər dərinin kifayət qədər regenerasiya qabiliyyəti vardır.Adətən bu yaş dövründə hələ mimiki qırışlar əmələ gəlmir. Amma istisna hallar da mövcuddur. Təcrübəmdə 16-17 yaşında mimiki qırışlarından şikayət edən bir çox pasiyent ilə rastlaşmışam. Bu üzün anatomik xüsusiyyətlərindən, həddən artıq ifadəli mimiklər, genetik meyillilik və s. səbəblər ilə əlaqədar əmələ gələ bilir.

25 yaş dərinin qocalmağa başladığı dövrdü. Bu dövrdə dəri yağlılığı azalır, artıq ilk mimiki qırışlar əmələ gəlməyə başlayır. 30-40 yaşlarda səthi qırışlar dərinləşməyə başlayır. Bu yaş qrupunda olan insanlarda Anti-Age terapiya aparılması bu qırışların dərinləşməsinin qarşısını ala bilir. Dəridə hilauron turşusu, kollagen, elastin azalmağa başlayır. Bu maddələr dərinin nəmliyinin, elastikiyinin, möhkəmliyinin təminatçısıdır.
– Sizə əsasən hansı problemlə müraciət edirlər? Yəni Azərbaycan qadınlarının bu sahədə əsas problemi nədir?

– Mənə əsasən saç tökülməsi, sızanaqlarla və ləkələrlə əlaqədar müraciət edən xanım və bəylərimizin sayı daha çoxdur. Amma cavan qalmaq istəyən xəstələrimiz də az deyil.

– Piqment ləkərinin yaranma səbəbləri və onlarla necə mübarizə aparmaq olar?

– Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olur. Piqment ləkələrinin yaranma səbəbləri çoxdur. Bu ləkələrin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur. Müxtəlif maskalar  vasitəsilə piqment ləkələrilə mübarizə aparmaq olar.

 – Bir həkim-kosmetoloq kimi nə məsləhət verərdiniz?

– Kosmetoluq kimi məsləhətim odur ki, hər bir insan dərisinə düzgün qulluq etməli, onun qeydinə qalmalıdır. Hər hansı bir problem sezdikdə mütləq mütəxəssislərə müraciət etmələrini tövsiyə edirəm.

Write a comment:

*

Your email address will not be published.