Tay masajının həzzini yaşamaq üçün artıq Taylanda getməyə ehtiyac yoxdur. Thai Massage Baku sizə bu şəraiti yaradıb. Məhz Taylanddan dəvət olunmuş peşəkar masaj ustalarımız həftənin 7 günü səhər saat 10:00-dan 21:00 kimi sizlərin xidmətində olacaqlar. Qaynar daşlar ilə, aromalı yağlar ilə, skrabla və ya ənənəvi tay masajından keçərək siz əsl istirahətin dadına baxacaqsınız. Bu masaj növü özündə 3000 illik tarixə malik “Thai” masajı ənənəsini əks etdirir. Masaj manual terapiya ilə bədənin fəal nöqtələrinə təzyiq göstərməklə həyata keçirilir. Faydaları aşağıdakılardan ibarətdir :

– Bədənin, zehnin və ruhun enerjisini canlandırır.
– Dərin fiziki və ruhi istirahətə kömək edir.
– Qan dövranını yaxşılaşdırır.
– Ağrını sakitləşdirir.
– Gərginliyi azaldır.
– Bədənin elastikliyini artırır.

Əgər siz də, Taylanda səyahət etmək istəyirsinizsə onda yolunuzu bizdən salın!