NİYƏ VIP STYLE SEÇMƏK LAZIMDIR?

Gözəllik, Gənclik və Cazibədarlıq…Üç sehrli söz. Əbədiyyən cavan qalmaq qeyri-mümkündür, ancaq cavanlığın ömrünü uzatmaq mümkünsüz deyil. Yalnız qadınlar deyil, bütün estetik və kosmetik sektorları bu sehrli gözəllik uğrunda çalışırlar. Əsas məsələ özünü işində mütəxəssis klinikaya həvalə etməkdir.

“VİP STYLE”

estetik tibb mərkəzi cavanlıqla bağlı bütün arzuları gerçəkləşdirən məkandır. Klinikaya təşrif buyurduqda siz klinikanın yüksək səviyyəli xidməti, işində peşəkar və məsuliyyətli olan əməkdaşları tərəfindən xəyalını qurduğunuz gözəlliyə sahib olacaqsınız.

Mərkəzin korporativ mədəniyyəti ilə tanış olduqdan sonra siz əmin olacaqsınız ki, “VİP STYLE” gözəllik mərkəzi pasientlərinin xarakterini, dünya görüşünü nəzərə alaraq onlara uyğun, individual müalicəvi və cavanlaşdırıcı prosedur proqramları təyin edir.

Mərkəzin əsas məqsədi müştərilərin nəticədən razı qalması və pasientlərlə əməkdaşlar arasında ruh birliyinin olmasıdır.

Məkanda sizin rahatlığınız üçün doğma ev mühitini xatırladan ab-hava yaradılmışdır. Məhz bu isti münasibətin nəticəsidir ki, pasientlərimizlə əməkdaşlıq uzun müddət davam edir.

Daim müştərinin razılığını düşünən peşəkar kollektiv qarşıya qoyulan mürəkkəb vəziyyətdən məharətlə çıxaraq, pasientlər üçün ən optimal variant təyin edilir. Ən yaxşı avadanlıq və təbii preparatlarla yüksək standartlara cavab verən nəticələr əldə edilir. Bizimlə birgə yenilənmə və dəyişiklik yolunda atdığınız hər bir addım həyatınıza təkrarsız gözəlliklər bəxş edəcək.

Sizi sevirik və yolunuzu gözləyirik!

Vəliyeva.N
Vip style klinikasının rəhbərliyinə, həkimlərinə, kosmetoloqlara öz dərin təşəkkürümü bildirirəm!
Sizin sayənizdə bir qadın kimi özümə baxmağa və özümə dəyər vermeyi öyrəndim. Dərimin əvvəlkindən də daha gözəl və təravətli olduğu üçün çox sağolun. Ümid edirəm ki, sizinlə cavanlığımı və gözəlliyimi uzun müddət qoruyacağam.
M. Sevinc

Vip Style Estetik klinikasına təşəkkürlər.
Mən, bu klinikaya artıq 1ildir ki, gəlirəm. Əvvəllər fillerə, botoxsa tez-tez müraciyət edirdim. Lakin bu klinikanı tanıdığım gündən, artıq ineksiyonlardan imtina etdim. Cünki ineksiyalar ağrılı olur, fəsadları cox olur. Amma burdakı müalicə metodları tam ağrısız keçir. Mən bura gəldikdə həm dincəlirəm, həm də ki, müalicə alıram. Vip Style klinikasının həkimlərinə dərin təşəkkürümü bildirirəm, onların savadla individual yanaşmalarına görə tibb personalı çox gülərüz insanları qarşılayırlar. Ən çox maye qaz prosedurundan həzz alıram. Preiodik olaraq prosedurlardan keçirəm və effekti görürəm. Qırışlarımın artmasının qarşısı alınıb, üzümün rəngi açılıb. Artıq bu klinikada gördüyüm müalicə növlərini başqalarına dəyişmərəm.
Sevimli Vip Style!

Günay Əhmədova Aydın qızı.

Mən Əhmədova Günay Vip Style Estetik klinikasının personallarının, həkimlərinin göstərdiyi qayğıya görə dərin təşəkkürümü bildirirəm. İstifadə etdiyi məhsullardan da çox razıyam. Başda müdriyyət olmaqla hər kəsə bu proyektin ərsəyə gəlməsində iştirak edən personallara can sağlığı arzu edirəm ki, isiniz davamlı və uzun omürlü olsun. Bizdə sizin sayənizdə gözəlliyimizə gözəllik əlavə edək.

H.S Hacızadə (Azərbaycan Milli Konservatoriyasının dosenti)

Mən 3 ildən çox müddətdə Vip Style Estetik klinikasının xidmətlərindən istifadə edirəm. Bu klinikanın təklif etdikləri məhsulların yüksək keyfiyyəti və həkimlərin profesionallığı sayəsində üz dərindəki problemlər uğurla aradan qaldırılmış, daha təravətli və gözəl dəriyə malik olmuşam. Onu daqeyd etmək istərdim ki, klinikamüasir tələblərə cavab verən , dünya standartlarına uyğun estetik qulluğun mextəlif sahələrində istifadə olunan aparatlarla təhciz olunub. Bu da həkimlərin işinin uğurla nəticələnməsinə zəmin yaradır. Bununla yanaşı yüksək profisionnallığa və iş təcrubəsinə yiyələnmiş həkimlərin davamlı olaraq klinikada müalicə alan pasiyentlərlə gülər üzlə, ehtiramla davranışı, onlara məsuliyyətlə xidmət etmələri ürəkaçandır. Bu baxımdan beynəlxalq səviyyəli kosmetoloq Tamilla xanımın işini xüsusi olaraq vurğulamaq istərdim. Qəbul etdiyi hər kəsə böyük həssaslıqla yanaşaraq onu nəinki vizual cəhətdən həmdə ruhunu gözəlləşdirməyə çalışan Tamilla xanım öz işinə tam hakim olan, onu sevə sevə həyata keçirən bir mütıxəssizdir. Təşkilatçılığa görə müdriyyətə öz minnətdarlığımı bildirirəm.

client-big2

client-big1

client-big3