Əbədiyyən cavan qalmaq qeyri-mümkündür, ancaq cavanlığın ömrünü uzatmaq mümkünsüz deyil. Yalnız qadınlar deyil, bütün estetik və kosmosevtik sektorlar bu sehrli gözəllik uğrunda çalışırlar. Əsas məsələ özünü işində mütəxəssis klinikaya həvalə etməkdir. VİP STYLE Estetik Klinika cavanlıqla bağlı bütün arzuları gerçəkləşdirən məkandır. Klinikaya təşrif buyurduqda siz klinikanın yüksək səviyyəli xidməti, işində peşəkar və məsuliyyətli olan əməkdaşları tərəfindən xəyalını qurduğunuz gözəlliyə sahib olacaqsınız. Bakıda gözəlliyin və cazibədarlığın tək ünvanı kimi tanınan VİP Style Estetik Klinika xidmətlərinin sayını durmadan artırır. 50-dən çox üz proseduru həyata keçirən VİP Style Estetik Klinika texnologiyanın ən son nailiyyətlərindən faydalanaraq, müasir, innovativ və effektli aparatlarla xidmətinizdədir.

Klinika 3 korpusdan ibarətdir. Klinikada fəaliyyət göstərən tibbi kosmetologiya, dietologiya, trixologiya, manual terapiya şöbələri öz fərqli və üstün cəhətləri ilə daima seçilir. 300-dən çox prosedur, kosmosevtik vasitələr ilə müraciət edənlərə yüksək xidmət göstərən VİP Style Estetik Klinikası 12 mindən artıq müştəri məmnunluğuna malikdir. VİP STYLE Estetik Klinikanın əsas məqsədi pasiyentlərin nəticədən razı qalmasını təmin edərək əməkdaşlar arasında ruh birliyinin olmasıdır.

Üz dərinizin əməliyyatsız və tam ağrısız cavanlaşması, gözətrafı mimik qırışların yox olması, üz ovalının bərpa edilməsi, yanaqlarda olan sallanma, buxaq sallanmasının qarşısının alınması, dəriyə qulluq üçün tətbiq olunan prosedurlar qeyri-cərrahi yolla və ən əsası, yüksək peşəkarlıqla icra olunur. Klinikanın kosmetologiya bölməsində Siz müasir standartlara cavab verən, innovativ və effektli aparatlar vasitəsilə ən son texnoloji prosedurlardan yararlana biləcəksiniz. Kosmetologiyada ultrasəs pilinq, Almaz pilinqi, Bio oksigen, elektroporasiya, maye qaz pilinqi, radiodalğalı liftinq (bipolar, tripolar, mono polar, fraksion, iynəli fransion), skulptinq masaj, LED maska, mikrotok terapiyası, foto-oksigen maska, HİFU Smas liftinq, GeneO+, Aqua pilinq, 3D HİFU Smas liftinq, Ultrasonik terapiyası, yeni texnologiya ilə iynəsiz mezoterapiya, papilomların yandırılması, lazer epilyasiyası, damar ulduzcuqlarının yandırılması, ləkələrin lazer ilə aradan qaldırılması və digər effektli prosedurlardan yararlana bilərsiniz.

Həmçinin Klinikanın fəaliyyət sahələrinə daxil olan diotologiya bölməsində problemli bölgələrdə piy toxumasında olan artıq piy kütlələrin aradan qaldırılmasına yönəldilmiş əməliyyatsız innovasion prosedurlar tətbiq olunur.

Pressoterapiya, ultrasəs kavitasiya, 3D kriolipoliz, diyircəkli vakum, radiodalğalı liftinq, miostimulyasiya, LPG, dietologiya proqramı, akupunktura, elektroakupunktura, bölgəsəl arıqlama, antisellülit masaj prosedurları sayəsində ağrısız və təhlükəsiz arzuladığınız bədən çəkisinə sahib ola bilərsiniz.

Gözəllik yalnız dəriyə qulluqla tamamlanmır, həmçinin saç da insanların xarici görünüşünün əsas elementlərindən biridir. Yaxşı qulluq edilən sağlam saçlar təkcə xanımların deyil, kişilərin də xarici görünüşünü dəyişdirən amillərdəndir. VİP STYLE Estetik Klinikanın saçlara qulluq və saç tökülməsinə qarşı olan prosedurlarlardan da yararlanaraq bu problemlərə son qoya bilərsiniz.

Yalnız üz, bədən, saç prosedurları deyil, həmçinin Klinikanın pudra və tük effektli permanent makiyaj, kiprik laminasiyası, göz dibi layner xidmətlərindən də faydalana bilərsiniz.

Klinikaya səyahətiniz bununla tamamlanmır. VİP STYLE Estetik Klinikasında Taylanddan dəvət olunan peşəkar masaj ustaları tərəfindən 5 növdə olan masaj xidməti həm xanımların, həm də bəylərin sevimli məkanıdır.

Bir sözlə, gözəllik, gənclik və cazibədarlıq yalnız bir ünvanda – VİP STYLE Estetik Klinikasındadır. 300-dən çox prosedur, kosmosevtik vasitələr ilə müraciət edənlərə yüksək xidmət göstərən VİP STYLE Estetik Klinkasına müraciət edin. Siz də 12 mindən artıq müştəri məmnunluğuna malik olan VİP STYLE Estetik Klinkasını seçin.


Nikki Mars

Nikki Mars

Cosmetician

Aenean imperdiet. Etiam ultricies nisi vel augue. Curabitur ullamcorper ultricies nisi.

Tarja Lee

Tarja Lee

Nail Artist

Nam quam nunc, blandit vel, luctus pulvinar, hendrerit id, lorem. Maecenas nec odio.
Angela Simons

Angela Simons

Hairdresser

Donec quam felis, ultricies nec, pellentesque eu, pretium quis, sem. Nulla consequat.

Floor Gossow

Floor Gossow

Massage Therapist

Sed fringilla mauris sit amet nibh. Donec sodales sagittis magna. Sed consequat.