Botoksun tətbiqi yeni və effektli müalicə üsullarından biridir

Tərləmə bədən hərarətinin tənzimlənməsində vacib rol oynayan fizioloji  prosesdir. Artıq tərləmə və ya tibbi dildə “Hiperhidroz”  insanın bədən hərarətini saxlamaq üçün lazım olandan artıq tərləməsidir. Məlum olduğu kimi, insan bədəninin səthində tər vəziləri yerləşib. Tərləmənin əsas vəzifəsi odur ki, o, bədən səthini soyuq halda saxlayır və onun hərarətini tənzimləyir. Bununla yanaşı, bədən tərləmə prosesinin köməkliyi ilə orqanizm şlaklardan təmizlənir. Bədənin özünü soyutmaq məqsədi ilə gün ərzində 4-5 dəfə tərləməsi normaldır. İnsanın bütün bədənində, ən çox da qoltuq, pəncə və ovucda tərləmə prosesi baş verir.

Tərləmənin özünün müəyyən bir səviyyəsi olur, yəni hər insanda bu proses fərqlidir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmur. Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur. Buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır. Çox tərləmək bir çox hallarda xəstəlik sayılır.

Lakin elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir. Ümumiyyətlə, çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər. Hiperhidrozun müalicəsində ilk əvvəl bu problemə yol açan bir xəstəliyin olub-olmadığı araşdırılmalıdır. Müxtəlif hormonal pozuntular,  xüsusilə qalxanabənzər vəzin xəstəlikləri tərləməni artırır. Eyni zamanda psixi xəstəliklər, menopauza, şəkərli diabet, böyrəküstü vəzin xəstəlikləri də özünü artıq tərləmə ilə göstərir.

Bütün bədəndən olmaqla yanaşı, daha çox qoltuq altında, ovuc içində və ayaq altında tərləmə prosesi daha aktiv olur. İnsan həyacanlandıqda və ya stres altında olarkən tərləmə daha çox artır. Hiperhidroz insan üçün olduqca rahatsız edicidir. Hiperhidroz insanda psixoloji və sosial problemlər, peşəsində və gündəlik həyatında çətinliklər yaradır.

Tərləmə prosesini azaldan bəzi preparatlar, yerli və sistem təsirli dərmanlar var, lakin bunların həm təsiri qısadır, həm də yan təsirləri mövcuddur. Müalicə üsullarının təsiri isə qısa və uzunmüddətli olması ilə seçilir. Tibbi kosmetologiyada artıq tərləmələrin müalicəsində istifadə olunan ən yeni metod – botoksdur. Qoltuq altına, ovuc içinə və ayaq altına botoks iynələri vurulmaqla 9 ay ərzində tərləmənin qarşısı alınır. Asan həyata keçirilməsi və yan təsirlərinin çox olmaması botoksu tərləmənin müalicəsində ən çox istifadə olunan müalicə növünə çevirib.

Prosedurun tətbiqinə gəlincə, Botoks otaq temperaturunda və təxminən 20 dəqiqə ərzində dəriyə yeridilir. İynə vurulacaq nahiyyə yerli anestetik krem ilə ağrısızlaşdırılır. Botoks son dərəcədə incə iynələrlə vurulur. Prosedurdan dərhal sonra pasiyent gündəlik həyatına geri dönə bilir. Prosedur zamanı incə iynələrdən istifadə olunduğu üçün ağrı hissi minimumdur.
Onu da qeyd edək ki, botoksun təsiri daha uzunmüddətlidir. Çünki Botoksun tər vəziləri üzərindəki təsiri, mimik əzələlərə görə daha uzun çəkir. Belə ki, təsiri 9 aya qədər qalır. Çox insanlar üçün ildə bir dəfə, yay qabağı Botoksun vurulması kifayət edir. Amma tərləməsi çox olan insanlar bu proseduru ildə 2 dəfə edə bilərlər.

İstənilən halda, bütün inyeksion və aparat prosedurlarının tətbiqindən öncə onun insan sağlamlığına zərərli təsirinin olub, olmaması barədə düşünməyimiz mütləqdir! Haqqında bəhs etdiyimiz Botoks proseduru peşəkar tərəfindən steril şəraitdə, ən əsası, müayinəyə əsasən tətbiq olunursa, sağlamlığa heç bir əks təsiri yoxdur. Belə ki, qeyd etdiyimiz kimi, tərləmənin əsas məqsədi bədən hərarətinin tənzimlənməsidir. Ancaq qoltuq altı tərləmə bu məqsədə xidmət etmir. Bu bölgədəki tər vəzilərinin məqsədi qoxu və feromon yaymaqdır. Ona görə də qoltuq altındakı tərləmənin dayandırılması  qoxunun və paltarların islanmasının qarşısını alır, amma bədən hərarətinin tənzimlənməsini pozmur. Ən vacibi, sağlamlıq cəhətdən heç bir problem yaratmır. Həm xanımlar, həm də bəylər qeydiyyatdan keçərək bu prosedurdan faydalana bilərlər.

Botoks prosedurunun tətbiqi hamilələrə, süd verən analara, preparata qarşı allergiyası olanlara, sinir əzələ xəstəlikləri olanlar üçün əks göstərişdir!

Hər zaman baxımlı olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, diaqnostikanın nəticələrinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə yararlana bilərsiniz.

Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *