Aparat prosedurları yoxsa dəriyə təbii vasitələrlə qulluq

Gözəl, baxımlı, təmiz və sağlam üz dərisinə malik olmaq hamının, xüsusən də xanımların ən böyük arzularındandır. Təbii ki, dəri də öz növbəsində  ilin bütün fəsillərində qulluq tələb edir. Yayda isə hava isti olduğu üçün dərinin müntəzəm olaraq qulluğa ehtiyacı yaranır. Günəşin mənfi təsiri dəridə, xüsusilə də üzdə müxtəlif ləkələr əmələ gətirir. Bəs dərini necə qorumaq olar? İlin istirahət üçün ən gözəl, lakin dərimiz üçün də bir o qədər təhlükəli dövründə sağlam və gözəl dəriyə sahib olmaq üçün nə etmək lazımdır?

Həkim kosmetoloqlar tərəfindən yayda dəriyə təbii yolla qulluq tövsiyə olunur. Çünki insan orqanizmi kimi dərinin də yay aylarında istirahətə ehiyacı var və bu səbəbdən də dəriyə maksimum istirahət verilməli, aparat səviyyəsində olan qulluq vasitələrindən istifadə bir qədər azalmalıdır.
Mümkün qədər pilinq, mezoterapiya və bu kimi qulluq vasitələrindən dərini azad etmək lazımdır. Yayda bir qədər dəriyə istirahət verilməsi daha məsləhətdir.
Lakin bu o demək deyil ki, dəriyə baxılmamalıdr. Yayda dəriyə qulluğun ən önəmli şərti günəşdən qoruyucu kremlərdən istifadədir.
Təbii qulluq vasitələrindən söz düşmüşkən, dəriyə xüsusi təsir gücü ilə seçilən ilbiz terapiyasından ilin hər fəslində faydalanmaq mümkündür. İlbiz terapiyasının üstünlüyü qədər, ilbiz kürüsünün tətbiqi nəticəsində də dəridəki qırışlar və ləkələr açılır, qara nöqtələr, ölü hüceyrələr təmizlənir, dəri yenilənir, nəmlənir. Dərinin gənc, parlaq və gözəl qalmasına ilbiz kürüsü əhəmiyyətli dərəcədə müsbət təsir edir. Həmçinin ilbiz kürüsü yaşlanma əlamətlərinə qarşı  effektli mübarizə apararaq, dəriyə sağlam və parlaq görünüş bəxş edir. Tərkibi allantoin, elastin, təbii antioksidantlar, A, B, C, E vitaminləri, lektin, qlikol turşusu ilə zəngin olan ilbiz kürüsündən həm Klinika, həm də ev şəraitində istifadə mümkündür.
İlbiz kürüsündən istifadə nəticəsində:
– dərinin rəngi normallaşır;
– dəri daha hamar və yumşaq görünüş alır;
– məsamələr təmizlənir və daralır;
– piqmentasiya azalır;
– akne (sızanaq və qara nöqtələrin) müalicəsində dəriyə müsbət təsir bağışlayır;
– sızanaqlardan sonrakı ləkələr təmizlənir;
– dəriyə liftinq effekti verir;
– dəri daha möhkəm və elastik olur;
– yeni yaranan qırışlar hamarlanır;
– dəridə artıq yağlanmanın qarşısı alınır;
– dəri daha da cavanlaşır.
İlin hər fəslində baxımlı olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, üz dərisinin aparat diaqnostikasının nəticələrinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə faydalana bilərsiniz.
Gözəlliyinizin ömrü uzun olsun, əziz xanımlar!

Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

İlbiz terapiyası və diqqət olunmalı xüsusi məqamlar

Hər zaman zövqlü və baxımlı görünmək üçün kosmetologiyada aparat və inyeksion prosedurlardan faydalanmağa cəhd olunur.

Lakin canlı kosmetologiyanın dəriyə müsbət təsiri barədə məlumat azdır.  Qeyd edək ki, son zamanlar diqqət mərkəzində olan İlbiz terapiyası  dərinin qayğısına qalan ən təsirli vasitədir.

Belə ki, dəri hüceyrəsinin regenerasiya prosesinin sürətlənməsi, dərinin rənginin yaxşılaşması, piy vəzilərinin fəaliyyətinin aktivləşməsi, ölü hüceyrələrin və piqment ləkələrin təmizlənməsi, qırışların açılması, çapıqların müalicəsi, civzə, həmçinin yanıq izlərinin aradan qaldırılması üçün ilbizin selikli qişası əvəzolunmazdır. Müalicəvi xüsusiyyətə malik ilbizin qişasının tərkibindəki hialuron turşusu, bioloji aktiv maddələr, zülal və antioksidantlar üz dərisinə olduqca müsbət təsir edir. Prosedur nəticəsində dəridəki sızanaqların rəngi solur, dəridə parlaq təbəqə yaranır, yaşlı dəri təravətlənir və qırışların dərinliyi azalır, dəri daha dərindən nəmlənir. İlbiz ilə müalicənin seansları həkim dermotoloq müayinəsindən sonra dəri tipinə əsasən təyin olunur.  İlbiz terapiyasını yalnız üzdə deyil, bədənin müxtəlif nahiyələrində – dekolte, qarın, çanaq və əllərdə də tətbiq etmək mümkündür.

Dünya kosmetologiyasında geniş tətbiq olunan İlbiz terapiyası yalnız VİP STYLE Estetik Klinikasından ictimaiyyətə təqdim olunub. VİP STYLE Estetik Klinikada laborator şəraitdə yetişdirilən və xüsusi qulluq olunan ilbizlər daima mütəxəssis nəzarəti altındadır.

Təbii ki, prosedurun bu qədər genişlənməsinə səbəb tələbin həddindən artıq olmasıdır. Prosedur zamanı müalicəvi xüsusiyyəti ilə tibbdə öz təsdiqini tapan ilbizlərdən faydalanmaq lazımdır. Bu gün diqqət olunmalı məqamlardan biri ilbiz terapiyasının tətbiqi zamanı gigiyena qaydalarına düzgün əməl olunmadır. Gigiyena şərtlərinə də nəzər yetirsək ilbiz terapiyası zamanı mövcud qaydalara riayət etmək, peşəkarlıq məsələsinə diqqətlə yanaşmaq  lazımdır.

VİP STYLE Estetik Klinikada digər mövcud prosedurlarla yanaşı, İlbiz terapiyasının tətbiqi zamanı da gigiyena qaydalarına ciddi nəzarət olunur. Belə ki, laborator şəraitdə qulluq olunan müalicəvi ilbizlər mütəmadi olaraq xüsusi qaydalara əsasən təmizlənir və nəticə etibarı ilə burada hər hansı bir təhlükə sıfıra bərabərdir.

Əziz xanımlar, Siz də sağlamlığınıza xələl gətirmədən hamar və təmiz dəriyə sahib olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, dərinin dermotoskopiyasına əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə faydalana bilərsiniz.

 

 

📌 Koroğlu Rəhimov 47
📱 (+99450) 400 03 03
☎(+99412) 555 55 34

Yaz fəslində dəriyə düzgün qulluq — VİDEO

Mövsüm dəyişərkən dəriyə qulluq qaydasını da dəyişmək lazımdır. İqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir. Yaz aylarında dərimizin daha həssas və allergik olduğunu nəzərə alsaq, xüsusilə, dəri baxımına ehtiyac duyduğumuzu anlaya bilərik. Soyuq qış aylarında üz dərisinə tətbiq olunan kimyəvi pilinq və digər aqressiv prosedurları daha yüngülləri ilə əvəzləməyin zamanıdır.

Həmçinin yaz fəslində dəri daha çox yağ “istehsal” etməyə başlayır. Bir çox kremlər dərinin yağ balansının tarazlığını pozaraq sızanaqların yaranmasına səbəb ola bilər. Qış fəslindən sonra dəri yorğun, solğun və susuz görünə bilər. Qış fəslində üz dərisi daha çox quruyur, çünki üz bədənin ən qorunmayan hissəsidir. Qış küləyi üz üçün xüsusilə təhlükəlidir, dərini qurudaraq daha həssas hala gətirir. Nəticədə dəri daha həssaslaşır və soyulur.

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Buna görə də, baharın başlanğıcı ilə dəriyə xüsusi diqqət yetirmək vacibdir.

Dərini günəş şüalarına hazır olub-olmadığını bilmək lazımdır. Hər bir qadın təbii gözəlliyə və təmiz dəriyə sahib olmaq istəyər. Həm də yaz fəsli canlanma və istirahət fəslidir. Təmiz havada dərinin yaxşı nəfəs alması üçün sadə və az makiyaj etmək məsləhətlidir. Makiyaj dəridəki problemləri gizlətməklə yanaşı, daha ciddi problemlərə yol aça və illərlə davam edə bilər. Həmçinin günəş şüalarının dəriyə təsiri nəticəsində piqmentasiya artımı olur. Bu fəsildə qadınların dərisindəki problemlərin üzə çıxdığı və onların bu problemlərə qarşı mübarizə apardıqları bir fəsildir.

Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələr yaranır. Xüsusilə, günəş şüasına həssas olan dərini ultrabənövşəyi şüalardan qorumaq lazımdır. Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki qaraşın xanımlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Amma bütün qadınlar ultrabənövşəyi şüalardan qorunmalıdırlar. Həm də nəzərə almaq lazımdır ki, ultrabənövşəyi şüalar dəriyə ləkə salmaqla yanaşı, müxtəlif dəri törəmələri də yaradır. Buna görə də evdən çölə çıxarkən günəşdən qoruyucu kremdən istifadə olunmalıdır.

Günəşdən qoruyucu kremlərin faktorları fəsildən və dəridən asılı olaraq seçilməlidir. Payızda və qışda daha az faktorlu, digər fəsillərdə isə yüksək faktorlu kremlərdən istifadə məsləhətlidir. Ləkəyə meylli olanlar da üzlərinə yüksək faktorlu kremlər çəkməlidirlər. Açıq rəngli dəriyə malik olanlar da daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.

Yaşdan və dərinin tipindən asılı olaraq üzə qulluq da müxtəlif olur. Yağlı dəri ilk növbədə təmiz saxlanmalı və yüngül pilinqlərlə təmizlənməli, dərinin nəmlik balansını artıran aparat prosedurlarından həkim təyinatı ilə yararlanmaq məsləhətdir. Dəri nə qədər çox təzələnirsə, bir o qədər gözəl və cavan olur.

Ümumiyyətlə, kosmetologiyada dəri probleminə uyğun olaraq müalicə və qulluq prosedurları da fərdi yanaşma tələb edir. Gündəlik həyatımızda qarşılaşdığımız stres, əsəb daxili orqanlara mənfi təsir göstərir. Dərinin gözəlliyi də birbaşa daxili orqanlarla əlaqədar olduğu üçün əsəb, həm də dərimizdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Normal yuxu, stresdən uzaq həyat, doğru qidalanma dərimizin də gözəl qalmasına səbəb olur. Bəzi dəridə yaranan sızanaqlar, ləkələr daxildən gələn problemdir. Buna görə də daxildən gələn problemi həll etmək lazımdır.

Əziz xanımlar, xüsusilə qeyd edək ki, əllərə üzə qulluq edildiyi kimi diqqət ayrılmır. Yuyucu toz və sabundan istifadə edərkən əlcək geyinilməlidir. Əllər üçün nəzərdə tutulan xüsusi maska və skrablardan da istifadə edilməlidir. Mütləq əllər üçün də nəmləndirici prosedurlardan istifadə etməli, soyuqdan və istidən qorumalıyıq. Əl də ən azından üz kimi qulluq tələb edən, hətta üzdən fərqli olaraq daha çox yıpranmaya meyllidir.

Siz də ilin hər fəslində baxımlı və təravətli dəriyə sahib olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, diaqnostikanın nəticələrinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə yararlana bilərsiniz.

 Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

BAYRAM GÜNÜNƏ ÖZƏL AKSİYA!

 

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır. Yurdumuza ayaq basmış, Bahar bayramınızı təbrik edirik. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləriniz bol olsun. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruz  bərəkətli gəlsin.

Qoy, bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun.

Özəl günləri müraciət edənlər üçün daim xoş yeniliklərlə unudulmaz etməyə çalışaraq sizi Novruz bayramı ilə əlaqədar olaraq, xüsusi aksiyadan yararlanmağa dəvət edirik. Belə ki, bayram münasibəti ilə 22-30 mart tarixlərində həkim-kosmetoloqun qəbulu və dermotoskopiya, həkim-trixoloqun qəbulu və trixoskopiya, həkim-dietoloqun qəbulu və bədənin bölünmüş təhlili ödənişsizdir. Həmçinin diaqnostikanın nəticəsinə əsasən müvafiq müalicə proqramlarına da xüsusi endirimlər tətbiq olunub.

Aksiya həm xanımlar, həm də bəylər üçün keçərlidir.

Gözəlliyin, gəncliyin və cazibədarlığın tək ünvanı VIP STYLE Estetik Klinikasına müraciət edərək kampaniyadan faydalana bilərsiniz.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!

📌 Koroğlu Rəhimov 47
📱 (+99450) 400 03 03
☎(+99412) 555 55 34

Hiperhidroz nədir?

Botoksun tətbiqi yeni və effektli müalicə üsullarından biridir

Tərləmə bədən hərarətinin tənzimlənməsində vacib rol oynayan fizioloji  prosesdir. Artıq tərləmə və ya tibbi dildə “Hiperhidroz”  insanın bədən hərarətini saxlamaq üçün lazım olandan artıq tərləməsidir. Məlum olduğu kimi, insan bədəninin səthində tər vəziləri yerləşib. Tərləmənin əsas vəzifəsi odur ki, o, bədən səthini soyuq halda saxlayır və onun hərarətini tənzimləyir. Bununla yanaşı, bədən tərləmə prosesinin köməkliyi ilə orqanizm şlaklardan təmizlənir. Bədənin özünü soyutmaq məqsədi ilə gün ərzində 4-5 dəfə tərləməsi normaldır. İnsanın bütün bədənində, ən çox da qoltuq, pəncə və ovucda tərləmə prosesi baş verir.

Tərləmənin özünün müəyyən bir səviyyəsi olur, yəni hər insanda bu proses fərqlidir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmur. Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur. Buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır. Çox tərləmək bir çox hallarda xəstəlik sayılır.

Lakin elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir. Ümumiyyətlə, çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər. Hiperhidrozun müalicəsində ilk əvvəl bu problemə yol açan bir xəstəliyin olub-olmadığı araşdırılmalıdır. Müxtəlif hormonal pozuntular,  xüsusilə qalxanabənzər vəzin xəstəlikləri tərləməni artırır. Eyni zamanda psixi xəstəliklər, menopauza, şəkərli diabet, böyrəküstü vəzin xəstəlikləri də özünü artıq tərləmə ilə göstərir.

Bütün bədəndən olmaqla yanaşı, daha çox qoltuq altında, ovuc içində və ayaq altında tərləmə prosesi daha aktiv olur. İnsan həyacanlandıqda və ya stres altında olarkən tərləmə daha çox artır. Hiperhidroz insan üçün olduqca rahatsız edicidir. Hiperhidroz insanda psixoloji və sosial problemlər, peşəsində və gündəlik həyatında çətinliklər yaradır.

Tərləmə prosesini azaldan bəzi preparatlar, yerli və sistem təsirli dərmanlar var, lakin bunların həm təsiri qısadır, həm də yan təsirləri mövcuddur. Müalicə üsullarının təsiri isə qısa və uzunmüddətli olması ilə seçilir. Tibbi kosmetologiyada artıq tərləmələrin müalicəsində istifadə olunan ən yeni metod – botoksdur. Qoltuq altına, ovuc içinə və ayaq altına botoks iynələri vurulmaqla 9 ay ərzində tərləmənin qarşısı alınır. Asan həyata keçirilməsi və yan təsirlərinin çox olmaması botoksu tərləmənin müalicəsində ən çox istifadə olunan müalicə növünə çevirib.

Prosedurun tətbiqinə gəlincə, Botoks otaq temperaturunda və təxminən 20 dəqiqə ərzində dəriyə yeridilir. İynə vurulacaq nahiyyə yerli anestetik krem ilə ağrısızlaşdırılır. Botoks son dərəcədə incə iynələrlə vurulur. Prosedurdan dərhal sonra pasiyent gündəlik həyatına geri dönə bilir. Prosedur zamanı incə iynələrdən istifadə olunduğu üçün ağrı hissi minimumdur.
Onu da qeyd edək ki, botoksun təsiri daha uzunmüddətlidir. Çünki Botoksun tər vəziləri üzərindəki təsiri, mimik əzələlərə görə daha uzun çəkir. Belə ki, təsiri 9 aya qədər qalır. Çox insanlar üçün ildə bir dəfə, yay qabağı Botoksun vurulması kifayət edir. Amma tərləməsi çox olan insanlar bu proseduru ildə 2 dəfə edə bilərlər.

İstənilən halda, bütün inyeksion və aparat prosedurlarının tətbiqindən öncə onun insan sağlamlığına zərərli təsirinin olub, olmaması barədə düşünməyimiz mütləqdir! Haqqında bəhs etdiyimiz Botoks proseduru peşəkar tərəfindən steril şəraitdə, ən əsası, müayinəyə əsasən tətbiq olunursa, sağlamlığa heç bir əks təsiri yoxdur. Belə ki, qeyd etdiyimiz kimi, tərləmənin əsas məqsədi bədən hərarətinin tənzimlənməsidir. Ancaq qoltuq altı tərləmə bu məqsədə xidmət etmir. Bu bölgədəki tər vəzilərinin məqsədi qoxu və feromon yaymaqdır. Ona görə də qoltuq altındakı tərləmənin dayandırılması  qoxunun və paltarların islanmasının qarşısını alır, amma bədən hərarətinin tənzimlənməsini pozmur. Ən vacibi, sağlamlıq cəhətdən heç bir problem yaratmır. Həm xanımlar, həm də bəylər qeydiyyatdan keçərək bu prosedurdan faydalana bilərlər.

Botoks prosedurunun tətbiqi hamilələrə, süd verən analara, preparata qarşı allergiyası olanlara, sinir əzələ xəstəlikləri olanlar üçün əks göstərişdir!

Hər zaman baxımlı olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, diaqnostikanın nəticələrinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə yararlana bilərsiniz.

Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

Qadınlar gününə xüsusi təklif!

Bakıda gəncliyin, gözəlliyin və cazibədarlığın tək ünvanı VİP STYLE Estetik Klinikadan sevindirici xəbər var. Hər zaman müraciət edənlərin məmnunluğunu düşünən VİP STYLE Estetik Klinikası ənənəvi olaraq növbəti kampaniyaya start verir. Belə ki, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara Klinikada tətbiq olunan bütün prosedurlara 40 faiz endirim təklif olunur.

Əziz xanımlar, tək özəl günlər deyil, hər gün məhz sizin gününüz olsun!

VİP STYLE Estetik Klinikanın ailəsi adından Sizi Beynəlxalq Qadınlar Günü manasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayırıq. Hər zaman sağlam, gözəl və təravətli qalın.

Unutmayın, SİZ GÖZƏLSİNİZ!

Qeyd edək ki, 3 korpusdan ibarət olan VİP STYLE Estetik Klinikanın tibbi kosmetologiya, dietologiya, trixologiya şöbələri öz fərqli, həmçinin üstün cəhətləri ilə daim seçilir. Klinika 5 illik fəaliyyəti dövründə 300-dən çox prosedur, texnologiyanın ən son nailiyyətlərindən faydalanaraq, müasir, innovativ və effektli aparatlarla dəriyə peşəkar qulluq sayəsində ən son kosmesevtik vasitələrlə müraciət edənlərə yüksək xidmət göstərir.

BAYRAMINIZ MÜBARƏK OLSUN, DƏYƏRLİ XANIMLAR!

Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

İdeal çəki necə hesablanır?!

Çəkimizi ölçüb, aşağı olduğunu gördükdə sevinirik, amma tam olaraq çəkini necə itirdiyimiz barədə düşünürükmü?

Biz çəkini əzələ, su, yağ və mineral kütlə kimi də itirə bilərik. Çünki arıqlamağa çalışaraq yağ əvəzinə, sadəcə su və ya əzələ çəkisi itiririk. Sağlamlığımıza ziyan vurmamaq üçün tam olaraq necə arıqladığımızı bilməliyik. Və buna görə də çəkinin bütün göstəriciləri (əzələ kütləsi, yağ kütləsi, minerallar)  haqqında məlumatımız olmalıdır, ən vacibi isə bədənimizdəki yağ faizi və yaş ortalamasına görə bu yağların bədənimiz üçün olan önəmini bilməliyik.

Sadəcə tərəzidə çəkimizi ölçərək bədənimizin yağ çəkisini müəyyən edə bilmərik. Çəkinin düzgün təyinatını tərəzi-analizator, TANİTA aparatı uğurla yerinə yetirir.

Artıq kilonu necə aldığımızı və ya itirdiyimizi bilmək çox vacibdir. Məsələn, bədənin su və ya əzələ çəkisi azaldığına görə arıqlayırıq?

Bəs sümüklərimizin mineral tərkibi dəyişirmi?

Məqaləmizdə bu suallara daha dolğun cavab tapacaqsınız.

Belə ki, TANİTA aparatı bədən quruluşunun tipini, daxili orqanlardakı yağın miqdarını, metabolik göstəricilərini və metabolik yaşı təyin edir.
Metabolik göstəricilər bədənin fəaliyyəti üçün ehtiyac duyduğu kalori miqdarını müəyyən etmək imkanı yaradır. Yəni, gün ərzində hərəkət etməyinizlə, siz artıq müəyyən olunmuş miqdarda kalorini yandıra bilərsiniz.

Əgər sizin aktiv həyat tərziniz varsa, yandırdığınız kalori miqdarı artacaq. Bu, ona görə baş verir ki, sümük əzələ sistemi çox enerji sərf edir (40 faizə qədər). Əsas da əzələlərin işləməsinə çox enerji sərf olunur.  Beləcə, əzələ çəkinizi artırmağınız metabolizmin sürətlənməsinə səbəb olur. Metabolizm nə qədər çox sürətli olsa, bədəniniz də bir o qədər çox kalori yandıra biləcək, yəni, çəki itirməyiniz daha da sürətlənəcək.

Bədən tipi nədir?

Bu parametr bədəninizdəki yağ və əzələ çəkisinin miqdarının göstəricisidir. Əgər yağ çəkisi azalırsa, bədən tipi göstəriciniz də dəyişir. Bu çox vacib göstəricidir, çünki o, bədəninizdəki önəmli dəyişikliklər haqqında məlumat verir.

Metabolik yaşımız isə bioloji yaşınızı deyil, orqanizminizdə gedən metabolik proseslərin sürətini göstərir. Analizator-tərəzidə xüsusi qurulmuş düstur metabolizminizə əsaslanaraq metabolik yaşınızı müəyyən edir. Əgər metabolik yaşınız normadan artıqdırsa, bədəninizdəki maddələr mübadiləsi yavaşlayır və artıq çəki almanıza səbəb olur. Əslində metabolik yaşınız bioloji yaşınızla üst-üstə düşməlidir və ya bir neçə yaş kiçik olmalıdır. Bu halda, maddələrin mübadilə prosesi sürətlənir və çəki artımının qarşısını alır.

Klinikamızda istifadə olunan TANİTA 148BC bədəndə olan mineralların, mikroelementlərin, vitaminlərin miqdarını və hər bir insanın ideal çəkisini, çəkinin orqanizmə zərər vermədən hansı aralıqlarda dəyişə biləcəyini təyin etməyə imkan verir.

Əziz xanımlar, Siz də ideal çəkiyə sahib olaraq sağlam, gözəl və təravətli qalmaq istəyirsinizsə, mütləq yolunuzu VİP STYLE Estetik Klinikasından salın. Peşəkar həkimlərin məsləhəti və diaqnostikanın nəticəsinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə yararlana, ən əsası, arzuolunan nəticəni sağlam şəkildə əldə edə bilərsiniz.

Koroğlu Rəhimov 47
(+99450) 400 03 03
(+99412) 555 55 34

İlbiz terapiyası sayəsində hamar və təravətli dəriyə sahib ola bilərsiniz

Son zamanlar tətbiq olunan effektli prosedurlardan biri

– İlbiz ilə müalicə nəticəsində dəridəki problemlər və dəri qocalmasının qarşısını almaq mümkündür. Yaponiyada bu müalicə vasitəsi ilə xanımların üz dərisinin masajı və üz maskası funksiyaları yerinə yetirilir. Müasir zamanda da bu müalicə üsulundan uğurla istifadə olunur. […]